Aİ Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketini hazırlamağa başlayıb
Avropa İttifaqı (Aİ) artıq Rusiyaya qarşı həm 13, həm də 14-cü sanksiyalar paketini hazırlayır. “Report” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Avropa Parlamentinin Çexiyadan olan deputatı Tomaş Zdexovskiyə istinadən yazıb. Siyasətçinin fikrincə, yeni tədbirlərin hazırlanması çox vaxt aparmayacaq. “Onlar tezliklə üzv ölkələrə təqdim olunacaq”, – avrodeputat vurğulayıb. Estoniya parlamentinin deputatı Yana Toom əlavə edib ki, yeni sanksiyaların qəbulu təşəbbüsü böyük ehtimalla əsasən Baltikyanı ölkələrdən gələcək. “Ancaq sanksiya aləti sonsuz deyil. Bunun hardasa həddi var və, yəqin ki, tezliklə ortaya çıxacaq”, – o, qəzetə deyib.
Oxunub: 317
Xəbəri paylaş
Paylaş: