Putin üç ölkə sakinləri üçün Rusiya vətəndaşlığına qəbulu sadələşdirib
Rusiya Prezidenti Vladimir Putin Belarus, Qazaxıstan və Moldova sakinlərinə Rusiya vətəndaşlığının qəbulunu sadələşdirən fərman imzalayıb. “Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Qazaxıstan və Moldova vətəndaşları üçün ərizə verərkən ölkədə müəyyən edilmiş yaşayış müddətinə (beş il) riayət etmək, Rusiya tarixini və qanunvericiliyini bilmək məcburi olmayacaq. Ancaq rus dilini bilmək tələbi onlar üçün hələ də qalır. Bu ölkələrin vətəndaşları da rus dilini bilmələrini təsdiq edən sertifikat təqdim etməlidirlər.
Oxunub: 464
Xəbəri paylaş
Paylaş: