İrəvan hava limanında sərnişinin çantasından bir milyon dollar çıxdı - FOTO
Ermənistanda külli miqdarda pulun respublika sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi faktı müəyyən edilib. Ölkə mediasının xəbərinə görə, bu barədə Respublika Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, qurumun və Qərb Gömrük İdarəsinin əməkdaşları Zvartnots hava limanının sərnişin kompleksinin gömrük nəzarəti zonasında Milan reysi ilə ölkəyə gələn Ermənistan və Rusiya vətəndaşı V.A-ya məxsus baqaja baxış keçirib. Gömrük nəzarəti nəticəsində şəxsi əşyalarla yanaşı, bəyan edilməmiş bir milyon ABŞ dolları məbləğində nağd pul aşkar edilib. Faktla bağlı protokol tərtib edilib. Sənəd digər materiallarla birlikdə Ermənistanın İstintaq Komitəsinə göndərilib.
Oxunub: 774
Xəbəri paylaş
Paylaş: