Arazdəyəndəki zavod bu əraziyə köçürüldü
Arazdəyəndə inşası dayandırılan “Erməni-Amerikan” metallurgiya zavodu başqa yerə köçürüləcək. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, amerikalı investorların vəsaiti hesabına Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə tikintisi dayandırılan Arazdəyən (Yerasx) metallurgiya zavodu hökumətin bu gün qəbul etdiyi qərara əsasən köçürüləcək. Zavod Ararat rayonunun Ararat kəndi ərazisində tikiləcək.
Oxunub: 391
Xəbəri paylaş
Paylaş: