İrəvan-Ankara razılaşması: Ani körpüsü 10 aydır “gözləyir”
Ermənistan və Türkiyə hələ də Ani körpüsünün bərpası üçün əməli addım atmayıb. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Bu il fevralın 15-də Ermənistan XİN rəhbərinin Türkiyəyə səfəri zamanı Ani körpüsünün bərpası ilə bağlı razılıq əldə olunub, lakin bu istiqamətdə praktiki işlər hələ də aparılmayıb”, - məlumatda bildirilib. Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan fevralın 15-də Ankarada keçirdiyi birgə mətbuat konfransında Ermənistan və Türkiyənin Ani sərhəd körpüsünü təmir edəcəyini bildirmişdi.
Oxunub: 803
Xəbəri paylaş
Paylaş: