Bakıda mebel salonu YANDI
Bakının Nərimanov rayonunda ümumi sahəsi 1880 m² (hər mərtəbəsi 470 m²) olan dördmərtəbəli mebel salonunun 3-cü mərtəbəsində 50 m² sahədə yığılan yumşaq mebel dəsti yanıb. Bu barədə Mediaxeberleri.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, mebel salonu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 633
Xəbəri paylaş
Paylaş: