Müharibənin acı sonu: “Ukrayna bölünə bilər”
Ukraynanın NATO-nun köməyi olmadan Kiyevin Rusiya ilə həll yolu axtarmaqdan başqa yolu qalmayacaq. Nəticədə Ukrayna ərazilərdən imtina etməklə "Koreya ssenarisi" ilə razılaşmalı olacaq. Mediaxeberleri.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor deyib. Diplomatın fikrincə, Ukrayna seçim qarşısında qala bilər: "Ya NATO ərazilərə nəzarəti bərpa etmək üçün Ukraynaya dəstəyi artırmağa razı olacaq, ya da Ukrayna zəifləyən güclə mübarizəni davam etdirərək, koreyalılar kimi bölünməyə razılıq verməli olacaq". "Vaşinqton Post"un yazdığına görə, Ukrayna üçün əsas dilemma həlledici qələbə üçün mübarizəni davam etdirib-etdirməməkdir: "ABŞ-ın silah axını bağlanarsa, bu, növbəti böyük hücumu qeyri-mümkün edərsə, yorğun və narahtlığı getdikcə artan Ukraynanın həll imkanlarını araşdırmaqdan başqa yolu qalmayacaq". Nəşrin fikrincə, Şimali və Cənubi Koreyanın bölünməsinə bənzər belə bir razılaşma 2014-cü ildən sonra ilhaq edilmiş ərazilər üzərində Rusiyanın nəzarətini təmin edəcək.