Şərqi Azərbaycanda məktəblər 3 gündür tətilə çıxıb
Havanın çirklilik səviyyəsinin yüksək olması səbəbi ilə Təbriz, Üskü, Səhənd şəhərləri və ətraf bölgələrdəki məktəblərdə ardıcıl 3 gündür tətil elan edilib. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə Şərqi Azərbaycanın Təhsil İdarəsi məlumat yayıb. Bununla yanaşı, əyalətin Fövqəladə Hallar Komitəsi və Səhiyyə Nazirliyinin yerli bölməsi havanın həssas yaş qrupuna aid insanlar - qocalar, uşaqlar və xəstələr üçün xüsusilə təhlükəli olduğu barədə xəbərdarlıq edib, vacib olmadıqca evdə qalmalarını istəyiblər.
Oxunub: 615
Xəbəri paylaş
Paylaş: