Alimlərdən Avropaya xəbərdarlıq: O dəhşət daha tez gələcək
Əsrin sonunda proqnozlaşdırılan həddindən artıq isti və quraqlığın araşdırmalar nəticəsində daha tez gələcəyi ehtimalı elm adamlarının narahatlığına səbəb olub. Mediaxeberleri.Az xəbər verir ki, araşdırmanın nəticələri "Communications Earth & Environment" jurnalında dərc olunub. Mütəxəssislər, 2050-2075-ci illər arasında Avropada iki illik həddindən artıq istilərin və beş il ərzində böyük quraqlığın olacağı ehtimalının on faizdən çox olduğunu bildiriblər. Bu təbii fəlakətlərin yalnız 21-ci əsrin sonlarına doğru mülayim istiləşmə ssenarisi altında baş verəcəyi proqnozlaşdırılıb. Lakin uzunmüddətli istilik və quraqlıq hadisələrinin ildən-ilə təkrarlanması ehtimalı, əvvəllər qeyd olunduğu kimi 2050-2074-cü illərdə yox, 2030-2039-cu illərdə reallaşa bilər. Bundan əlavə, Şimali Atlantikada dəniz səthinin temperaturu orta səviyyədən yüksək olacaq və bu, Avropada quru və isti şəraitə gətirib çıxaracaq.