Hava limanında təyyarə aşdı
Münhen hava limanında Avstriyanın "Bairline" aviaşirkətinə məxsus biznes təyyarəsi qarın üzərində arxa gövdəsinə tərəf aşıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə şirkət və hava limanının mətbuat xidmətindən məlumat verilib. Aeroportun mətbuat xidmətinin bildirdiyinə görə, təyyarə artıq ilkin vəziyyətinə qaytarılıb. Bundan əvvəl Münhen hava limanının mətbuat xidməti, bazar günü, dekabrın 3-də Münhen hava limanında planlaşdırılan 880 uçuşdan 560-a yaxınının ləğv ediləcəyini bildirmişdi.
Oxunub: 553
Xəbəri paylaş
Paylaş: