Şamil Əmirov İstanbulda SAXLANILDI
Rusiyanın mütəşəkkil cinayətkar dəstəsinin liderlərindən biri Şamil Əmirov İstanbulda saxlanılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib. “İstanbulun Sarıyer rayonunda keçirilən “Qəfəs 15” əməliyyatı nəticəsində Rusiyada fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstənin rəhbərlərindən biri Şamil Əmirov saxlanılıb. Ölkəmizi beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplardan təmizləməkdə qərarlıyıq. Onları bir-bir tutaraq, məsuliyyətə cəlb edəcəyik”, - nazir X səhifəsində yazıb.
Oxunub: 379
Xəbəri paylaş
Paylaş: