Azərbaycanda qayınanasını döyən 19 yaşlı gəlinə cinayət işi açıldı
Goranboy rayonunda qayınanasını döyərək xəsarətlər yetirən 19 yaşlı gəlin cinayət məsuliyyətinə cəlb edilib. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Düzqışlaq kəndində baş verib. 19 yaşlı G.Süleymanova qayınanası M.Süleymanovanın qonşu ilə onun barəsində söhbət etdiyini görüb. Qonşu gedəndən sonra gəlin qayınanasına onun barəsində başqalarına niyə məlumat verməsini deyib və aralarında münaqişə yaranıb. Münaqişə zəminində gəlini M.Süleymanovaya zərbələr endirərək ona sol qol nahiyyəsinin bazu sümüyünün küt travması, hematoması, hərəkət məhdudluğundan ibarət xəsarətlər yetirib. Döyülən qayınana hadisə barədə polisə şikayət edib. G.Süleymanova barəsində Cinayət Məcəlləsinin 128-ci, yəni, qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə iş başlanılıb. İşə Goranboy rayon Məhkəməsində baxılıb. Məhkəmədə M.Süleymanova gəlininin ağır şəkildə cəzalandırılmasını tələb edib və ondan şikayəçi olduğunu vurğulayıb. Məhkəmənin hökmü ilə qayınanasına xəsarət yetirən gəlinə 3 ay islah işləri cəzası təyin edilib.