Tanınmış meyxanaçı İNSULT KEÇİRDİ
Meyxanaçı Xəyyam Əhmədli insult keçirib. Mediaxeberleri.Az xəbər verir ki, "Elgizlə izlə" verilişinin çəkiliş heyəti meyxanaçının yerləşdirildiyi xəstəxanada olub. Xəyyam bildirib ki, birdən-birə gözü qaralıb və huşunu itirib daha sonra isə xəstəxanaya yerləşdirilib: "Mənim ürəyimdə damar tutulması var idi. Bir neçə il əvvəl əməliyyat olunmalı idim. Amma əməliyyat oluna bilmədim, qaldı. Birdən-birə gözüm qaraldı. Huşum getdi. Sonra nə baş verdi bilmirəm. Artıq 24 gündür. Həkimlər sağolsunlar, kömək etdilər".
Oxunub: 801
Xəbəri paylaş
Paylaş: