Girovlarla bağlı "ÇƏTİN QƏRAR": Netanyahu fövqəladə iclasdan qabaq nə deyib?
İsrail Qəzzada fələstinli radikallar tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı "çətin, lakin zəruri qərar" verməyə hazırlaşır. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu hökumətin girovların vəziyyəti ilə bağlı fövqəladə iclası başlamazdan əvvəl bildirib . Netanyahu deyib ki, ölkənin bütün təhlükəsizlik strukturları bu qərarı dəstəkləyir. "Bu gecə bizi çətin seçim gözləyir, lakin bu, doğru seçimdir. Bütün təhlükəsizlik nümayəndələri öz peşəkar qiymətləndirmələrinə əsaslanaraq onu tam dəstəkləyirlər. Bu qiymətləndirmələrə görə, atəşkəs dövründə qoşunlarımız təhlükəsiz olacaq və bu sakitlik dövründə döyüş qabiliyyətimiz artırılacaq", - deyə baş nazir bildirib. "Fələstinin HƏMAS hərəkatı və mümkün razılaşma nəticəsində İsrail tərəfindən azad ediləcək məhbusların əksəriyyəti uşaqlar olacaq", - CNN məlumat yayıb.