Görün Netanyahu Ərdoğandan kimə şikayət etdi
İsrailin Baş naziri Binyamin Netanyahu amerikalı evangelist, missioner Franklin Grahama prezident Ərdoğandan şikayət edib. Mediaxeberleri.Az xəbər verir ki, İsrail qüvvələrinə Qərb dövlətlərindən, qurumlarından və təşkilatlarından dəstək gəlməyə davam edir. İsrailə başqa bir dəstək isə amerikalı qvangelist Franklin Grahamdan gəlib. Franklin Graham İsrailin baş naziri Netanyahu ilə görüşüb və dəstəyini bildirib. “Samaritan's Purse və Billy Graham Evangelist” dərnəyinin prezidenti olan Graham, İsrailə 21 təcili yardım maşını bağışladığını açıqlayıb: “Yəhudilər Allahın seçilmiş xalqıdır. Bizim vəzifəmiz sizə kömək etməkdir”. İsrailin Baş naziri Netanyahu isə Grahamla görüşündə prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli münasibətindən narahat olduğunu açıq şəkildə bildirib: “Türkiyə prezidenti HƏMAS-ı dəstəkləyir və bizi terror dövləti adlandırır”. Türkiyə haqqında ittihamlar irəli sürən İsrail Baş naziri “Biz onlardan heç bir dərs almayacağıq”,- deyə əlavə edib.