"Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər" - Paşinyan
"Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər". “Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, əsas məsələlərlə bağlı konsensus əldə olunub. N.Paşinyanın sözlərinə görə, sülhlə bağlı əsas prinsiplərin razılaşdırılması Brüsseldə keçirilən görüşlər nəticəsində əldə olunub: “Bu, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş verib”.
Oxunub: 322
Xəbəri paylaş
Paylaş: