Türkiyə ordusu PKK-nın 15 hədəfini DARMADAĞIN ETDİ
Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda Kürdüstan Fəhlə Partiyasının ( Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası - PKK ) 15 hədəfini vurub. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Noyabrın 4-ü saat 19:30-da İraqın şimalındakı Hakurk bölgəsində hədəflərin vurulduğu vurğulanır. Oktyabrın 5-də Türkiyə milli kəşfiyyatı PKK terror təşkilatının hərbi hədəflərinə hücum edib. Bildirilir ki, silah-sursat olan anbarlar, PKK-nın hücum və təxribat bölmələrinin döyüşçülərinin yerləşdiyi binalar, eləcə də “araşdırma mərkəzləri” darmadağın edilib. Bundan əvvəl Türkiyə hakimiyyəti Suriya və İraqdakı kürd terror təşkilatlarının bütün infrastruktur və enerji obyektlərinin hücumlar üçün qanuni olduğunu bəyan etmişdi.
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: