Rusiyada 5 bal gücündə ZƏLZƏLƏ
Rusiyada Saxalin vilayətinin Şimali Kuril adaları yaxınlığında Sakit okeanda şənbə günü 5 bal gücündə zəlzələ baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildiriblər. "Noyabrın 4-də Saxalin vaxtı ilə saat 05:32-də 5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 80 km cənub-şərqdə yerləşib, ocağı 53 km dərinlikdə olub", - deyə qeyd olunub. Sunami xəbərdarlığı elan edilməyib, heç kim xəsarət almayıb və dağıntı olmayıb.
Oxunub: 244
Xəbəri paylaş
Paylaş: