Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
  • Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
  • Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
  • Bu yol tam bağlandı
  • Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
  • İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
  • Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
  • Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
  • Sabah qar yağacaq
  • Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
  • Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
  • Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
  • Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
  • Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
  • Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
  • Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
  • Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
  • Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
  • Bəzi rayonlarda işıq olmayacaq
  • ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bədii, elmi və publisistik yaradıcılıq, pedaqoji fəaliyyət, media - Natəvan Dəmirçioğlunun 60 ili

  • Tarix: 1-11-2023, 15:30

Səbinə Yusif, Mediaxeberleri.Az üçün

 

Bu gün yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi,  "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, siyasi icmalçı, media üzrə ekspert, “İlin qadın yazıçısı” (2010), Prezident təqaüdçüsü Natəvan Dəmirçioğlunun 60 yaşı tamam olur. 


Natəvan Dəmirçioğlu 1 noyabr 1963-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almış, tələbəlik illərindən dövrü mətbuatla və Respublika Radiosu ilə əməkdaşlıq edərək, yeni ruhlu və orijinal formatlı yazılarla çıxış etmişdir. 


Universiteti əla qiymətlərlə oxuyan D.Natəvan Tələbə Elmi Cəmiyyətinin üzvü kimi 1985-ci ildə Bakıda keçirilən Ümmumittifaq miqyaslı "Tələbə elmi işlərinin respublika müsabiqəsi"nin qalibi olmuşdur. Sonralar Zaqafqaziya Universitetləri Tələbələrinin Elmi Konfransında rus, gürcü, erməni tələbələrdən üstün olaraq konfransın I diplomuna və xüsusi mükafatına layiq görülmüşdür. Axırıncı kursda oxuyarkən 1989-cü il aprel ayında çıxan “Müxbir” jurnalının tələbələrə həsr olunan xüsusi buraxılışında D.Natəvan haqqında ayrıca məqalə verilmişdir. 


Natəvan xanım 1989-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində müxbir, 1989-1991-ci illərdə kiçik redaktor, 1991-1994-cü illərdə redaktor, 1994-1995-ci illərdə isə böyük redaktor kimi fəaliyyət göstərmişdir. 1995-2022-ci illər ərzində Azərbaycan Beynəlxalq Radiosunda Cənubi Azərbaycan şöbəsinin müdiri, 2022-ci ildən etibarən isə həmin müəssisənin direktor müavini vəzifəsində çalışır. 2002-2007-ci illərdə Bakı Dövlət Universitetinin doktorantı olmuşdur. 2012-ci ildə “Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu” adlı dissertasiya işini uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Elmi məqalələri Respublikamızda, habelə Rusiyada, Ukraynada, Türkiyədə, Qazaxıstanda nəşr olunmuşdur.


Natəvan xanım pedaqoji fəaliyyətlə də məşğuldur. 2006-ci ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin televiziya və radio jurnalistikası kafedrasının  müəllimidir. BDU-nun Jurnalistika fakültəsinin bakalavr və magistratura mərhələlərində ayrı-ayrı illərdə “RTV (radio-televiziya verilişləri) jurnalistikasının əsasları”, “Jurnalistin praktik yaradıcılığı”, “Xüsusi kurs”, “Azərbaycan Beynəlxalq Radiosu”, “İslami dəyərlərin RTV-də işıqlandırılması”, “Ədəbi redaktə” fənnlərindən mühazirə və seminar dərsləri deyib. On ilə yaxın Odlar Yurdu Universitetinin “Jurnalistika, dil və ədəbiyyat” kafedrasının müəllimi kimi fəalliyyət göstərib. Odlar Yurdu Universiteti tələbələrinə “Beynəlxalq Jurnalistika”, “Kütləvi informasiya vasitələrinin hüquqi tənzimlənməsi”, “Jurnalist sənətkarlığı və tələbənin praktik yaradıcılığı”, ”Jurnalistin nitq mədəniyyəti”, “Radio və TV jurnalistikasında aparıcının iş metodikasının xüsusiyyətləri” fənlərindən mühazirə və məşğələlər keçib. 


2013-cü ildə Odlar Yurdu Universitetində Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyinə həsr edilmiş Beynəlxalq elmi konfransın humanitar bölməsinin elmi katibi olub. Bir neçə il isə Bakı Avrasiya Universitetində “Araşdırma jurnalistikası”, “ Peşəkar jurnalistika”, “RTV jurnalistikasının iş metodikası” fənlərindən mühazirələr oxuyub. 


Tədris sahəsində onun fəaliyyəti həm də bu fənlərin proqramlarının hazırlanması ilə bağlıdır. Pedaqoji fəaliyyəti dövründə onlarla tələbənin diplom rəhbəri və məsləhətçisi olub. DİM-in jurnalistika ixtisası üzrə eksperti olan N.Dəmirçioğlu eyni zamanda Teleradio Akademiyasının müəllimidir.


Natəvan xanım yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk yazılarından olan “Bir ovuc torpaq” hekayəsi 1983–cü il, 7 mart tarixində Qazax rayonunun “Qalibiyyət bayrağı” adlı qəzetində nəşr olunmuşdur. Bunun ardınca bir pyes, bir neçə hekayə yazmışdır. Daha sonra 1997-ci ildə “Üç nöqtə”, 1998-ci ildə “Səbət” povestləri “Azərbaycan” jurnalında dərc edilmişdir. 


O, 1999-cu ildə Heydər Əliyevin imzası ilə gənc yazarlara verilən birillik prezident təqaüdünə layiq görülmüşdür. 


Sonralar “Yetim” povesti Natəvan Dəmirçioğlu imzasını ədəbi ictimaiyyətə tanıtmışdır. Müəllif 2004-cü ildə Azərbaycan Ədəbiyyat Fondunun "Qılınc və Qələm" mükafatına layiq görülmüşdür. 2006-cı ildə bu əsərlərin, “Avey əfsanəsi”, “Dözüm” hekayələrinin və həcmcə daha kiçik olan “Kəlağayı” hekayəsinin daxil edildiyi “Birinci kitab”ı nəşr olunmuşdur. Müəllifin “Birinci kitab”ını mütəxəssislər müasir Azərbaycan nəsrinin ədəbi hadisəsi hesab edirlər. Daha sonra 2010-cu ildə müəllifin ilk kitabı rus dilinə tərcümə olunaraq Moskvanın ədəbi mühitində nüfuzlu olan “Filinta” nəşriyyatında “Kniqa pervaya” adı ilə dərc edilmişdir. Elə həmin ildə yazar həm “İlin qadın yazıçısı” elan edilmiş, həm də Prezident İlham Əliyevin imzası ilə ikinci dəfə prezident təqaüdünə layiq görülmüşdür. Natəvan xanım bir sıra yaradıcılıq birliklərinin üzvüdür, dəfələrlə fəxri fərmanlarla və diplomlarla təltif edilmişdir.


Natəvan Dəmirçioğlunun əsərləri dünyanın bir sıra dillərinə - ingilis, rus, fransız, fars, özbək dillərinə tərcümə olunmuş, Türkiyə  türkcəsinə uyğunlaşdırılmışdır. 2007-ci ildə İstanbulda “Hazar kıyısında yerle gök” toplusunda hekayəsi dərc olunmuş, 2014-cü ildə Kanadada "Modern Azerbaijani Women’s Prose” seriyasında “Basket” (“Səbət”) povesti çap edilmiş, 2015-ci ildə isə “Yetim” əsəri Ankarada Türkiyə  türkcəsində kitab şəklində buraxılmışdır. “Yetim” əsəri ilk Azərbaycan müəllifinin əsəridir ki, “Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seriyasından, “Ən iyi əlli romandan biri” nominasiyasında nəşr olunmuşdur. Natəvan Dəmirçioğlunun əsərləri haqqında Azərbaycan, Rusiya, Türkiyə və Qazaxıstan mətbuatında bir sıra resenziyalar çap olunmuşdur.


İxtisasca jurnalist olan Natəvan xanımın peşə fəaliyyəti Respublika Radiosunun incəsənət şöbəsi, sonra isə ədəbiyyat şöbəsi ilə bağlı olmuşdur. Burada “Qayğı” bədii-publisistik proqramın, “Şəbəkə”, “İncəsənət salonu” verilişlərinin fəal yazarı, sonra isə “Müqəddəslik və müqəddəslərimiz”, “Qalmaz belə dünya” müəllif verilişlərinin yaradıcısı, “Ovqat” verilişinin ilk yazarlarından biri, eyni zamanda, populyar “Bulaq” verilişinin ilk qadın müəllifi kimi tanınmışdır. O, Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycan redaksiyasında işini davam etdirir.


“El folklor toplusu”, “Qayıdıram Araz boyu”, “Örnək”, “Yurd arası çəpər olmaz” verilişlərinin yaradıcısı və müəllifi olmuşdur. Hazırda, həmçinin gündəlik “Səhər” proqramının müəlliflərindən biridir. 


İlk olaraq xarici verilişlərin fondunu yaratmışdır. Çox sayda verilişləri radiofondda saxlanılır. “Üç nöqtə” və “Səbət” povestləri əsasında hazırlanan radiotamaşalar Azərbaycan Radiosunun Qızıl Fondunda qorunur. “Xalq qəzeti”nin  sifarişi ilə bu nüfuzlu mətbu orqanda dəfələrlə siyasi mövzulu yazılarla çıxış etmişdir.


Evlidir. 2 övladı, 3 nəvəsi var.

 

“Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Natəvan Dəmirçioğlunu 60 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırlar.


Oxunub: 704
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    Bu gün, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    Bu gün, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    Bu gün, 14:16 | Bu yol tam bağlandı
    Bu gün, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    Bu gün, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Bu gün, 13:57 | Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
    Bu gün, 13:25 | Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
    Bu gün, 13:23 | Sabah qar yağacaq
    Bu gün, 13:20 | Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
    Bu gün, 13:18 | Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
    Bu gün, 13:16 | Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
    Bu gün, 13:15 | Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
    Bu gün, 08:22 | Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
    Bu gün, 08:15 | Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
    Bu gün, 08:12 | Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
    Bu gün, 07:55 | Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
    Bu gün, 07:52 | Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
    Bu gün, 07:43 | Bəzi rayonlarda işıq olmayacaq
    Bu gün, 07:30 | ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
    Bu gün, 07:18 | Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
    Bu gün, 07:12 | Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
    Dünən, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    Dünən, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    Dünən, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    Dünən, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    Dünən, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    Dünən, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    Dünən, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    Dünən, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Dünən, 20:48 | Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edildi
    Dünən, 20:43 | Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
    Dünən, 20:37 | Həsrət Cəfərov DÇ-də medalsız qaldı
    Dünən, 19:49 | Komaya düşərək vəfat edən sabiq icra başçısı dəfn olundu - FOTO
    Dünən, 19:48 | Sultan Qasımov 191 minlik dələduzluqda ittiham olunur
    Dünən, 19:46 | Metro stansiyalarında ürək aparatları quraşdırılacaq
    Dünən, 18:48 | TƏBİB Bahadur Rzayevə həvalə olundu
    Dünən, 18:10 | Bu qaydanı pozanlar 400 manat cərimələnəcək
    Dünən, 17:49 | Tanınmış jurnalistin qardaşı və qardaşıoğlu vəfat etdi - FOTO
    Dünən, 17:47 | Həkəri çayı üzərində su anbarı tikiləcək
    Dünən, 16:59 | Anasını, atasını və qardaşının arvadını bıçaqladı - ana öldü - YENİLƏNİB
    Dünən, 16:58 | Leysan, dolu və qar yağacaq - XƏBƏRDARLIQ
    Dünən, 16:56 | Bu cərimələr yenilənir
    Dünən, 16:55 | ADY yeni rayonlararası sərnişin qatarları alır
    Dünən, 16:53 | Bununla bağlı yeni cərimələr müəyyənləşir
    Dünən, 08:17 | Rusiya Kiyevə raketlərlə hücum etdi: ölü və yaralılar var
    Dünən, 08:12 | Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR: pul artıq qapınızın ağzındadır
    Dünən, 07:32 | Bakıda daha bir kütləvi dava - ANBAAN VİDEO
    Dünən, 07:25 | Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
    Dünən, 07:24 | İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.