Bu şəxslər Qəzzanı tərk edə bilər – HƏMAS
HƏMAS “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağından çıxa biləcək şəxslərin siyahısını dərc edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Qəzzanın sərhəd xidmətindən məlumat verilib. “Noyabrın 1-də “Rəfah” keçid məntəqəsindən keçə biləcək digər ölkələrin pasportuna sahib şəxslərin siyahılarını dərc edirik. Sənəddə qeyd olunan vətəndaşlar keçid prosesini asanlaşdırmaq üçün saat 07:00-da (Bakı vaxtı ilə 09:00) keçid məntəqəsində olmalıdırlar”, - məlumatda bildirilib. HƏMAS-ın siyahısında Avstraliya, Avstriya, Bolqarıstan, İndoneziya, İordaniya, Finlandiya, Çexiya və Yaponiya vətəndaşları var. Bundan başqa, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Qəzzada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəındələrinə də çıxış icazəsi verilib. Siyahıda 430 nəfərin adı var.