Ağstafada kişi meyiti tapıldı
Ağstafada kişi meyiti aşkarlanıb. Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z.Yolçiyev olduğu müəyyənləşdirilib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın və Patoloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib. Ölümün səbəbi hələlik məlum deyil. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















