Bu ölkədə 7,8 bal gücündə zəlzələ oldu: ölənlər var - Video
Filippinin Mindanao adasının cənub sahillərində 7,8 bal gücündə zəlzələ baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "ABS-CBN Nyus" telekanalı məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar nəticəsində General Santos şəhərində bir sıra binalar dağılıb. İlkin məlumata görə, 8 nəfər həyatını itirib, çoxlu sayda yaralı var. Qeyd edək ki, zəlzələdən sonra ölkədə sunami təhlükəsi elan edilib və bir sıra güclü afterşoklar müşahidə olunub. *** Zəlzələ nəticəsində ölənlərin sayı 19-a çatıb. Həmçinin yaralananların sayının da 200-ü ötdüyü bildirilir.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















