Ermənistanda parlament seçkiləri keçirilir
Yerli vaxtla saat 8:00-da ölkə üzrə 2500 seçki məntəqəsi açılıb. Xaricdə seçki məntəqələri açıq deyil və Ermənistan vətəndaşları yalnız ölkə daxilində səs verə bilərlər. Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 16 partiya və iki blok qeydiyyatdan keçirib. Rəsmi məlumatlara görə, 2,5 milyon vətəndaş səs vermək hüququna malikdir. Seçkilər seçicilərin sayından asılı olmayaraq keçərli hesab olunacaq; yeni Seçki Məcəlləsi həddi müəyyən etmir. Vətəndaşlara hər biri üzərində partiyanın adı olan 18 bülleten verilir və onlar bunlardan birini seçib seçki qutusuna atmalıdırlar. Seçki məntəqələri saat 20:00-da bağlanacaq. Ermənistan Mərkəzi Seçki Komissiyası ilkin nəticələri ertəsi gün, yekun nəticələri isə yeddinci gündən gec olmayaraq açıqlayacaq.
Ermənistanda parlamentə seçkilər başlayıb.





















