7 ölkə Rusiya passportuna qadağa qoydu
Bir sıra ölkələr Rusiya Federasiyasının biometrik olmayan pasportlarını qəbul etməyi dayandırıb.
Oxunub: 48
Xəbəri paylaş
Paylaş:
Bir sıra ölkələr Rusiya Federasiyasının biometrik olmayan pasportlarını qəbul etməyi dayandırıb.
Mediaxeberleri.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunlar Danimarka, Malta, Çexiya, İslandiya, Norveç, Litva və Estoniyadır. Bu ildən həmin ölkələr biometrik olmayan pasportlardan istifadəyə tam qadağa tətbiq ediblər.Moskva Dövlət Hüquq Universiteti nəzdində fəaliyyət göstərən Hüquqşünas Bloqerlər Birliyinin üzvü Qalina Zemskova bildirib ki, Fransa da qadağa tətbiq edib, lakin bəzi istisnalar mövcuddur:15 yaşdan kiçik uşaqların girişinə icazə verilir;1 iyun 2025-ci ildən əvvəl alınmış Şengen vizası olan şəxslər ölkəyə daxil ola bilərlər.Finlandiya da bu ilin yayının əvvəlindən oxşar tədbirlər tətbiq etməyi planlaşdırır. İstisnalar isə:18 yaşdan kiçik şəxslərə;1 iyun 2026-cı ildən əvvəl verilmiş Finlandiya yaşayış icazəsi olanlara aid olacaq.Bundan əlavə, Finlandiya vizası sahibləri üçün ilin sonuna qədər keçid dövrü qüvvədə qalacaq.
