Neftin qiyməti bundan sonra sürətlə enəcək - Hasset
Hörmüz boğazının açılmasından sonra dünyada neftin qiymətlərinin sürətlə enəcəyini gözləyirik. Mediaxeberleri.Az xəbər verir ki, Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bunu "Foks Nyus"a müsahibəsində bildirib. "Biz boğazı açan kimi neft Fars körfəzindən tükənməz axınla axacaq. Ümumilikdə, neftin qiymətlərinin nisbətən tez və əlbəttə seçkilərə qədər düşməyə başlayacağını gözləyirik", - o deyib.
Oxunub: 34
Xəbəri paylaş
Paylaş:





















