Başqasına düzəltdiyi məzardaşı ölümünə səbəb oldu
Qaradağ rayonunda 57 yaşlı kişi faciəli şəkildə ölüb. Hadisə mayın 8-də rayonun Lökbatan qəsəbəsində fəaliyyət göstərən mərmər sexində baş verib. Sexdə qaldırıcı qurğuda olan mərmər məzardaşı qırılaraq orada usta işləyən Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Babayevin üzərinə düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 41
Xəbəri paylaş
Paylaş:





















