Göygöldə avtomobillər toqquşdu: iki qardaş yaralandı
Göygöldə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, VAZ və Şevrolet markalı avtomobillərin toqquşuması nəticəsinsə Nadel kənd sakinləri iki qardaş 1993-cü il təvəllüdlü Orxan Həsənli və 1994-cü il təvəllüdlü Tərxan Həsənli, eyni zamanda 1994-cü il təvəllüdlü Elyar Əmirzadə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdı1447rılıb, xəsarət alanlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir. Faktla bağlı araşdırna başlanılıb.
Oxunub: 51
Xəbəri paylaş
Paylaş:





















