Məktəbə hücum: ölənlərin sayı artdı
Türkiyənin Qəhrəmanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, məktəbə təşkil olunan hücumda yaralanan Yusif Tarık Gül xəstəxanada bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib. Bununla da ölənlərin sayı 9-dan 10-a yüksəlib. Xatırladaq ki, aprelin 15-də Qəhrəmanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərdən biri müəllim, digərləri şagirddir.
Oxunub: 52
Xəbəri paylaş
Paylaş:





















