Türkiyədə şagird 9 nəfəri və özünü öldürdü - Video
Türkiyənin Qəhrəmanmaraş şəhərində orta məktəbdə atışma baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Hadisə yerinə tibb və polis qrupları göndərilib. Ölən və yaralananların olduğu bildirilir. Qeyd edək ki, ötən gün Şanlıurfada yerləşən məktəblərdən birində şagirdin silahlı hücumu nəticəsində 16 nəfər yaralanmışdı. *** Türkiyədə məktəbə silahlı hücum nəticəsində 4 nəfər ölüb. NTV-nin xəbərinə görə, bu barədə Qəhrəmanmaraş valisi bildirib. Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir. Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi qeyd olunub. *** Türkiyənin Qəhrəmanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum edən şagird özünü öldürüb. Bu barədə NTV məlumat yayıb. Qeyd olunub ki, səkkizinci sinif şagirdi məktəbə 5 silah və 7 daraqla gəlib. O, 4 nəfərin həyatına son qoyub, 20 nəfəri yaralayıb. Hadisəni törədən şəxsin atası keçmiş polis əməkdaşı olub. *** Türkiyənin Qəhrəmanmaraş şəhərində məktəbdə 4 nəfərin həyatına qəsd edib özünü də öldürən şagirdin atası Uğur Mersinli saxlanılıb. Bu barədə NTV məlumat yayıb. *** Məktəbə hücumda ölənlərin sayı 9-a çatıb, onlardan biri müəllim, 8-i şagirddir. Bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi məlumat verib. Nazir qeyd edib ki, 13 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır.





















