“Uşaqlar Azərbaycanla sərhəddə futbol oynayır” –PAŞİNYAN
Ermənistanla Azərbaycan arasında möhkəm hüquqi əsası olan sülh müqaviləsi bağlanıb. Mediaxeberleri.Az bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentin iclasında Hökumət Proqramının gedişi və nəticələri barədə hesabat təqdim edərkən açıqlayıb. Hökumət başçısı bildirib ki, Sülhün hüquqi cəhətdən təsbiti delimitasiyadır. “Kirants məktəbinin Azərbaycanla sərhəddən cəmi 50 metr məsafədə yerləşməsi artıq oradakı şagirdləri qorxutmur. Onlar sərhəddən 30 metr məsafədə futbol oynayırlar. Sülh budur”, – deyə baş nazir vurğulayıb.
Oxunub: 69
Xəbəri paylaş
Paylaş:





















