Tramp: "İrana qarşı həyata keçirilən əməliyyat sona yaxınlaşır"
"ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyat sona yaxınlaşmaqdadır". Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibəsində deyib. "Düşünürəm ki, o (İranla müharibə) bitmək üzrədir. Mən bu prosesin başa çatmağa çox yaxın olduğunu görürəm. Bilirsiniz, əgər mən indi oradan tamamilə çəkilib getsəm, o ölkəni yenidən ayağa qaldırmaları 20 il çəkər. Hələ işimiz bitməyib, nələrin olacağını görəcəyik. Düşünürəm ki, onlar səmimi şəkildə bir razılaşma əldə etmək istəyirlər", - deyə o, teleaparıcı Mariya Bartiromo ilə söhbətində vurğulayıb. Bundan başqa Ağ Ev lideri əlavə edib ki, Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün İrana hücum etməli olub: "Onların diqqətini yayındırmalı idim, çünki etməsəydim, hazırda İran nüvə silahına sahib olardı".





















