Tramp ABŞ və İran arasında atəşkəsin əldə olunmasında Çinin kömək etdiyini AÇIQLADI
ABŞ Prezidenti Donald Trampın fikrincə, Çin İranı atəşkəsin əldə olunması üçün danışıqlara getməyə razı salmağa kömək edib. Mediaxeberleri.Az-ın xəbərinə görə, bu barədə Donald Tramp "Agence France-Presse" (AFP) nəşrinə müsahibəsində Pekinin Tehranı razı salmaqda iştirak edib-etməməsi ilə bağlı suala cavabında bildirib. "Tramp agentliyə bildirdi ki, onun fikrincə, Çin İranın iki həftəlik atəşkəs barədə razılığa gəlmək üçün danışıqlar masasına oturmasına kömək edib", - deyə qeyd edilib.
Oxunub: 45
Xəbəri paylaş
Paylaş:





















