KİV: İsrail ABŞ-nin atəşkəs bəyanatlarına baxmayaraq, İrana zərbələri davam etdirir
İsrail Hərbi Hava Qüvvələri ABŞ-nin ümumi atəşkəs bəyanatlarına baxmayaraq, İrana zərbələr endirməyə davam edir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri təhlükəsizlik xidmətlərindəki nümayəndəyə istinadən məlumat yayıb. Bildirilib ki, İsrailin Livandakı şiə hərəkatı "Hizbullah"a qarşı əməliyyatlarının da dayandırıldığına dair əlamətlər yoxdur. Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif atəşkəsin dərhal qüvvəyə mindiyini və Livan da daxil olmaqla hər yerdə tətbiq olunmalı olduğunu bildirmişdi. Eyni zamanda, nəşr qeyd edib ki, İsrail ordusu atəşkəsin qüvvəyə minməli olduğu bildirildikdən sonra İrandan iki dəfə raket atəşi açıldığını açıqlayıb.
Oxunub: 42
Xəbəri paylaş
Paylaş:





















