ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb: Ölənlər var
Martın 12-də təxminən saat 14:00-da İraqın qərbində ABŞ-yə məxsus "KC-135" yanacaq dolduran təyyarəsi qəzaya uğrayıb. Altı heyət üzvündən dördünün öldüyü təsdiqlənib və axtarış-xilasetmə işləri isə davam edir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X"də məlumat verib. "Hadisənin baş vermə səbəbləri araşdırılır", - deyə məlumatda qeyd olunub. "Hərbi qulluqçuların kimliyi yaxın qohumların məlumatlandırılmasından sonra 24 saat tamam olanadək açıqlanmır", - bəyanatda bildirilib.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















