İran yeni dini liderini seçdi
İranın Ekspertlər Şurası İslam Respublikasının ali rəhbərinin seçimi ilə bağlı konsensus əldə edib.
Oxunub: 392
Xəbəri paylaş
Paylaş:
İranın Ekspertlər Şurası İslam Respublikasının ali rəhbərinin seçimi ilə bağlı konsensus əldə edib.
Medıaxeberlerı.Az xəbər verir ki, bu barədə Şuranın üzvü Məhəmməd Mehdi Mirbağiri məlumat verib."Ekspertlər Şurasının hörmətli üzvləri bu günlərdə ali dini lideri müəyyənləşdirmək üçün səy göstərdilər və etimadı doğrultdular. Allaha şükür, əksəriyyətin rəyini təşkil edən möhkəm və yekdil fikir formalaşıb", - o deyib.Buna baxmayaraq, yeni liderin adı açıqlanmayıb.Qeyd edək ki, bundan övvəl Əli Xameneinin oğlu müctəba Xameneinin İranın ali rəhbəri seçildiyi haqda məlumat yayılsa da, sonradan təkzib edildi və seçimlərin hələ tamamlanmadığı bildirildi.
