O RUSİYA ARTIQ YOXDUR... - Və ya Putinin etiraf edə bilmədiyi ən böyük səhvi!
“Ukrayna artıq qalibdir, sadəcə, Putin hələ bunu bilmir…” Bu gün kimsə 2022-cil 24 fevraldan öncəki toxunulmaz, qüdrətli, varlı, eləcə də ordusuna yan baxmağa belə kimsənin cəsarət etmədiyi Rusiyanı xatırlamır. Çünki o Rusiya artıq yoxdur. Artıq nəinki ABŞ, hətta qorxaq və riyakar mahiyyətli aparıcı Avropa dövlətləri belə Moskvaya meydan oxuyur, onun valyuta ehtiyatlarını, neft tankerlərini həbs edir, ruslara ikinci sort “izqoy” münasibəti göstərir və sair. Vladimir Putinin son 4 ildəki “I Pyotorluğu”nun acı nəticələrindən biri də budur… Tarixlərə xüsusi önəm verən və özünü “böyük tarixi şəxsiyyət - İmperator” kimi görən Putinin əmrilə düz 4 il əvvəl bu gün, yəni, 23 fevral “ordu bayramı”nın səhəri günü Rusiya qoşunları çoxları üçün gözlənilmədən Ukraynaya soxuldu. Bu hücum sayəsində bir nüçə gün ərzində işğalçı ordu geniş əraziləri ələ keçirə bildi. Onlar hətta Kiyevin həndəvərinə qədər gəlib çıxdılar, şəhər ətrafında döyüşlər baş verdi. Lakin Ukrayna Silahlı Qüvvələri yenidən qruplaşmağı və təcavüzkarı geri atmağı bacardı, müharibənin ilk günlərində ələ keçirilmiş ərazilərin 70%-dən çoxunu azad etdi.
İşğalçı müharibənin 4 ili ruslara nələrə başa gəldi?





















