Ukrayna Rusiyanın iki hərbi zavodunu vurdu
Ukrayna Rusiyanın hərbi müəssisələrinə zərbələri intensivləşdirib. Mediaxeberleri.Az Rusiya mediasına istinadla xəbər verir ki, Saranskda (Mordoviya Respublikası) Rusiya ordusu üçün müxtəlif avadanlıqlar istehsal edən “Elektrovypryamitel” zavodunda yanğın baş verib. Bu zavod ABŞ, Kanada, Aİ, Böyük Britaniya, İsveçrə, Yeni Zelandiya və Yaponiyanın sanksiyaları altındadır. Mordoviya Fövqəladə Hallar Nazirliyi zavodda baş verən yanğını təsdiqləyib, lakin onun səbəbini açıqlamayıb. Sosial şəbəkələrdə zavodun Ukrayna tərəfindən vurulduğuna dair məlumatlar yayılır. Qeyd edək ki, dünən axşam saatlarında Udmurtiyada "İsgəndər-M" kompleksi üçün ballistik raketlərin və "Oreşnik" raketinin əsas istehsalçısı olan strateji əhəmiyyətli Votkinsk zavodunda partlayışlar və yanğın baş verib. Məlumatlara görə, Ukrayna ordusu bu müəssisəni “Flaminqo” raketi ilə vurub. Məlumatı Udmurtiya qubernatoru Aleksandr Breçalov da təsdiqləyib.





















