Ruslar Azərbaycanı “dost ölkə” sayırmı? - Sorğunun nəticələri AÇIQLANDI + CƏDVƏL
Rusiya Milli Rabitə İnkişafı Tədqiqat İnstitutu (NIIRC) postsovet ölkələrinin Rusiyaya münasibətdə “dostluq reytinqini” açıqlayıb. Mediaxeberleri.Az xəbər verir ki, qurumun apardığı sorğu və monitorinqin nəticələri Rusiya mediasına təqdim edilib. Bu tədqiqat ardıcıl beşinci ildir ki, aparılır. Tədqiqatın nəticələri ənənəvi olaraq Dövlət Dumasına, Federasiya Şurasına, Rusiya Federasiyası Prezidentinin İcra Aparatına, müvafiq federal qurumlara, eləcə də aparıcı universitetlərə və tədqiqat mərkəzlərinə göndərilir. Nəticələrdən aydın olur ki, ruslar ilbəil Azərbaycanı daha az dost hesab edirlər. Məsələn, ötən il Azərbaycanın “dostluq” göstəricisi 54.7 faiz idisə, bu il 48.4 faizdir. Ötən il ərzində rusların həmçinin, Ermənistana münasibəti cüzi də olsa mənfiyə doğru dəyişib – 51.5 faizə qarşı 49.8 faiz. Bu reytinqdən belə nəticə çıxır ki, ruslar Azərbaycanla Ermənistana demək olar, eyni dərəcədə mənfi münasibət bəsləyir. Azərbaycandan daha pis münasibət Türkmənistan, Gürcüstan, Moldova, Pribaltika respublikalarınadır. Ən mənfi münasibət isə gözlənildiyi kimi, Ukraynayadır. Rusiyaya ən çox “dost ölkələr” qondarma Cənubi Osetiya, Abxaziya və Belarus sayılır.






















