Rusiya bu tarixdən Teleqramı tamamilə bloklayacaq
Aprelin 1-dən etibarən Teleqram Rusiyada tamamilə bloklanacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Rusiyanın “Baza” Teleqram kanalı mənbələrə istinadla məlumat yayıb. “Bir neçə qurumdan əldə etdiyimiz məlumata görə, “Roskomnadzor” 1 apreldən etibarən İnstaqram və Feysbuk kimi, Teleqramı da tamamilə bloklamağa başlayacaq. Bu tədbir bütün Rusiya ərazisində tətbiq olunacaq: tətbiq nə mobil şəbəkələrdə işləyəcək, nə də sabit internet sistemlərində”, - məlumatda qeyd olunub.
Oxunub: 31
Xəbəri paylaş
Paylaş:





















