Yekaterinburq məhkəməsinin andlılar kollegiyası Şahin Şıxlinskini təqsirli saydı
Rusiyanın Yekaterinburq şəhərində məhkəməsnin andlılar kollegiyası Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin, habelə onun həmyerlilərinin qətl və qəsdən adam öldürməyə cəhd hadisələrinin təşkilində təqsirli olduğunu sübuta yetirilmiş hesab edib. Mediaxeberleri.Az xəbər verir ki, bu məlumatı URA.ru-ya hüquq-mühafizə orqanlarındakı insayder təsdiqləyiblər. İstintaq orqanlarının versiyasına görə, cinayət işinin fiqurantları iş adamı Yunis Paşayevin qətlində (2001-ci il) və sahibkar Fehruz Şirinovun qətlinə cəhddə (2010-cu il) iştirak ediblər. Andlıların verdiyi hökmə əsasən, Şıxlinski bəraət almağa layiq deyil Cinayət işi 2025-ci ilin yayında başlanıb. Müttəhimlər kürsüsündə Şıxlinski ilə yanaşı Akif, Ayaz, Bəkir, Kamal, Məzahir Səfərovlar, həmçinin Şücayəddin Rəcəbov əyləşiblər. Məhkəmə prosesi prokurorluğun tələbi ilə qapalı rejimdə keçirilib. Yaxın zamanlarda hökmün verilməsi gözlənilir.





















