Ermənistanda hərbi hissələrin birində hərbçinin meyiti tapılıb
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müqaviləli hərbçinin meyiti tapılıb. "Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə müdafiə idarəsindən bildirilib. "7 fevral tarixində Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqaviləli hərbçi Davit Armenoviç Manukyanın meyiti aşkar edilib", - məlumatda qeyd olunub. Hadisə ilə bağlı araşdırma başladılıb.
Oxunub: 45
Xəbəri paylaş
Paylaş:





















