İstilikdən məhrum olan Kiyev sakinləri çadırlara köçürlər - VİDEO
Ukraynanın paytaxtı Kiyevin bir çox rayonlarında hazırda yaşayış çadırları qurulub. Buna səbəb şəhərdə hökm sürən kəskin şaxtalı hava şəraiti və intensiv hava zərbələri nəticəsində evlərdə istilik və elektrik enerjisinin çatışmazlığıdır. İstilik və elektrikdən məhrum olan sakinlər quraşdırılmış çadırlara toplaşaraq müvəqqəti olaraq burada istilik və elektrik enerjisi ilə təmin olunurlar, hətta burada qidalanırlar. Kiyevdə vəziyyətin belə kritik həddə olmasının və sakinlərin səyyar çadırlara möhtac olmasının başqa bir səbəbi şəhər rəhbərliyinin bu duruma hazırlıqsızlığı hesab edilir. Hazırda çadırlarda cəmləşən sakinlərin ərzaq və su tələbatı əsasən könüllü fondlar tərəfindən minimal imkanlarla təmin olunur, şəhər meriyasının fəaliyyətsizliyi isə vəziyyəti daha da çətinləşdirir.





















