Rusiyada yeni fırıldaqçılıq üsulu: Digər ölkələrə də yayıla bilər
Rusiyada özlərini kollektor (borc yığanlar - red.) kimi təqdim edən fırıldaqçılar süni intellektdən istifadə edərək hədəf kimi seçdikləri insanların saxta pornoqrafik görüntülərini yaradır və kadrları yaymaqla hədələyərək onlardan pul tələb edirlər. Mediaxeberleri.Az xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyi yeni fırıldaqçılıq üsulu barədə xəbərdarlıq dərc edib. Məlumata görə, naməlum şəxslər borc yığımı agentliyi adından qadınlara dəfələrlə zəng edərək onları onlayn ödəniş etməyə məcbur edirlər. Fırıldaqçılar qadınları şərəf və ləyaqətini ləkələyən, süni intellekt tərəfindən yaradılan saxta pornoqrafik görüntülərlə şantaj ediblər. Qeyd olunub ki, oxşar fırıldaqçılıq halları ilə təkcə Rusiya deyil, digər ölkələrin vətəndaşları da üzləşə bilərlər.





















