Tarixi bina SATILDI - Qiymət hər kəsi təəccübləndirdi - 28 MANAT
Belarusun Qlubokoye şəhərində Napoleonun bir müddət qaldığı keçmiş Karmelit monastır kompleksinin binası satılıb. Bu barədə "RİA Novosti" Belarus Universal Əmtəə Birjasının “BUTB-Əmlak” elektron ticarət platformasına istinadən məlumat yayıb. Tarixi-mədəni dəyərə malik bina simvolik qiymətə, 47,25 Belarus rubluna (təxminən 28,38 manat) satılıb. Lotun dəyərindən əlavə, binanı alan yeganə iddiaçı hərrac qaydalarına əsasən məbləğin 5 faizini də ödəyib. Yeni sahib bir ay ərzində mühafizə öhdəliklərini imzalamalı, satınalmadan sonra bir il ərzində isə təmir və bərpa işləri aparmaq üçün Mədəniyyət Nazirliyindən müvafiq icazə almalıdır.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















