Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
  • Elnarə belə arıqlayır
  • "Ucuz dönər"ə görə kütləvi iğtişaşlar başladı
  • Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
  • Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
  • Füzuli Rzaquliyev vəfat edib
  • Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
  • Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
  • Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
  • Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
  • "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
  • Prezident sərəncam imzaladı
  • İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
  • Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
  • Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
  • Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
  • Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
  • Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
  • Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Davosda İlham Əliyevin sülh mesajları: Azərbaycan dünya siyasətinin mərkəzində

  • Tarix: 21-01-2026, 16:25

Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında xüsusi rola malikdir. Prezident İlham Əliyev də mütəmadi olaraq onun bütün tədbirlərinə qatılır.

Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır. Azərbaycanın Ümumdünya İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində davamlı uğurlarla bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edir, panellərə qatılır, çoxsaylı suallara cavab verir.

Digər bir mühüm amil də xüsusi qeyd edilməlidir. Davos forumu yüksək reytinqli olduğuna görə belə bir tədbirdə çıxış etmək cəsarət və hərtərəfli hazırlıqlı olmaq tələb edir. Bu, yüksək intellekt və hazırlıq olmadan spontan suallara cavab vermək, onların məcrasının hara yönələcəyini öncədən proqnozlaşdırmaq çətindir. Lakin İlham Əliyev Davosda hər dəfə öz çıxışları ilə maraq oyadır və Azərbaycanın tanıdılması baxımından bu çıxışların böyük rolu olur.

Forum çərçivəsində Azərbaycan lideri bir çox ikitərəfli, eləcə də müxtəlif ölkələri təmsil edən biznes nümayəndələri ilə görüşlər keçirib, panel iclaslarda iştirak edib, "Euronews" televiziyasına müsahibə verib. Bütün görüş və çıxışlarda Azərbaycanın Avrasiya məkanı üçün mühüm əhəmiyyətinin vurğulanması bir daha sübut edir ki, Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı bu dəfə də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından geosiyasi və geoiqtisadi cəhətdən çox böyük əhəmiyyət daşıyır.

Davosda İlham Əliyevin sülh mesajları: Azərbaycan dünya siyasətinin mərkəzində

İllik toplantı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda keçirilən panel müzakirədə Prezident İlham Əliyev vurğulayıb ki, ötən ilin avqustunda hər iki tərəf sülh sazişini parafladı və üç onillikdən artıq çəkən müharibəyə, qan tökməyə son qoymaqla tarixi nailiyyət əldə olundu: "Həmin sülh sazişinin nadirliyi ondan ibarətdir ki, o, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflandı. Beləliklə, bu göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi, sülhə sadiqliyi olarsa, onda siz kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz. Paraflanmış sənəd bu gün praktiki nəticələrə çevrilir".

Prezident bəyan edib: "Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin azalmasına imkan yaratdı".

Davosda İlham Əliyevin sülh mesajları: Azərbaycan dünya siyasətinin mərkəzində

Ölkə başçısı əlavə edib ki, iki və ya üç il əvvəl belə addımı tamamilə təsəvvür etmək olmazdı və bu gün o, artıq reallıqdır: "Düşünürəm ki, heç nə bu prosesə müdaxilə edə bilməz. Fikrimcə, əlavə görəcəyimiz işlər ondan ibarətdir ki, hər iki tərəf sülhdə yaşamağın nəticələrini göstərməlidir ki, biz də bu proses çərçivəsində cəmiyyətlərimizin tam dəstəyinin şahidi ola bilək. Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir".

Panel iclasın ən mühüm və maraqla qarşılanan hissəsi Ermənistan prezidenti Vaaqn Xaçaturyanın çıxışında Azərbaycan Prezidentinə dəfələrlə təşəkkür etməsidir: "Cənab İlham Əliyevə də minnətdaram, görülən işləri təqdir edirik. Bu gün və yaxud dünən idi, səhv etmirəmsə, Prezident Əliyev qeyd etdi ki, biz sülh və əmin-amanlıq şəraitində yaşamağı öyrənməliyik. İnandırım ki, bizim üçün adi vəziyyət deyil, çünki bu sənədlər imzalanmamışdan əvvəl buna öyrəşməmişdik".

Vaaqn Xaçaturyanın etdiyi digər bir etirafı da xüsusi qeyd etmək olar. O bəyan edib ki, əslində, Prezident İlham Əliyevdən sonra nəsə demək çox çətindir. Bununla da dünyanın bir çox rəhbərlərinin qəbul etdiyi və bəyan etdiyi fikri Ermənistan prezidenti də etiraf edib.

V.Xaçaturyanın çıxışını ölkəsinin əvvəlki rəhbərlərinin işğal siyasətinin etirafı kimi də qəbul etmək olar. O, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni rəhbərləri üstüörtülü şəkildə tənqid də edib. Bildirib ki, artıq hər iki ölkə bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, yurisdiksiyalarına hörmət edir və bunlar rəhbər prinsiplərdir.

Davosda İlham Əliyevin sülh mesajları: Azərbaycan dünya siyasətinin mərkəzində

Bəllidir ki, məhz Ermənistan rəhbərliyi ərazi iddiaları ilə çıxış edib, eyni zamanda, havadarlarının dəstəyi ilə işğal siyasətini davam etdirib, sülh prosesini yubanıb.

Panel müzakirə zamanı iştirakçılar və bu çıxışı izləyənlər Azərbaycan Prezidentinin sülh, əmin-amanlıq mesajlarını bir daha eşitdilər.

"Hər bir şey öz əllərimizdədir", - deyən Prezidentin mesajında mühüm məqamlar kifayət qədər idi. Otuz ildən artıq müddətdə Azərbaycan xalqı çox ağır günlər yaşadı, ərazilərini itirdi, milyonlarla insan evsiz qaldı və məcburi köçkün həyatı yaşadı. Prezidentin də ifadə etdiyi kimi, lakin Azərbaycan xalqı ümidini itirmədi: "Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik. Bu, bizdən 30 il aldı. Həmin vaxt, 30, 20 və 10 il əvvəl və indi beynəlxalq təsisatların davranışı dəyişmədi. Biz dəyişdik bunları. Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu".

Yeri gəlmişkən, ölkə başçısı müzakirələrdə bu işğala göz yuman dövlətləri də diqqətdən kənarda qoymayıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurası ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, onlar kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər: "Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq".

Davosda İlham Əliyevin sülh mesajları: Azərbaycan dünya siyasətinin mərkəzində

"Dediyim kimi, biz həmin müharibəyə dünyanın bir nömrəli ofisində son qoyduq", - deyə Prezident bəyan edib.

Hər bir münaqişənin həllində, şübhəsiz ki, önəmli olan odur ki, ölkələr kənar müdaxilə olmadan sülh danışıqlarına getdilər. Nəticə də ortadadır. Azərbaycan Prezidenti də erməni həmkarının yanında bunu xüsusi vurğuladı. Vaaqn Xaçaturyan da, çox güman ki, Azərbaycan Prezidentinin "Biz beynəlxalq təsisatlara arxalanmamalıyıq" sözlərinin arxasında nələrin durduğunu da gözəl başa düşdü. Məhz ondan əvvəlki erməni liderlər 30 ildən artıq müddətdə danışıqlar prosesini uzatdılar, sülh prosesinə əngəl oldular.

Azərbaycan liderinin panel müzakirədə etdiyi çıxışda verdiyi daha bir mesaj diqqət çəkir. Və bu mesajı tarixi fikir kimi də qiymətləndirmək olar.

"Beləliklə, mən daha nikbinəm, xüsusilə də bizim Ermənistanla bağlı məsələmizdə. Otuz il davam etmiş müharibə və qan tökülməsindən sonra həqiqi sülhün bərqərar olması hər halda misilsiz bir hadisədir", - dövlət başçısı vurğulayıb.

Göründüyü kimi, Azərbaycan Prezidenti növbəti dəfə nüfuzlu beynəlxalq tribunadan hər kəsə dərs keçdi, mesajlar verdi. Beynəlxalq ictimaiyyət də bir daha Azərbaycanın sülh təşəbbüsündə nə qədər səmimi olduğunu eşitdi, gördü və ən əsası, bunu paneldə iştirak edən Ermənistan prezidenti də etiraf etdi.

"Report" İnformasiya Agentliyi


Oxunub: 477
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:29 | Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
    Bu gün, 16:25 | Elnarə belə arıqlayır
    Bu gün, 16:19 | "Ucuz dönər"ə görə kütləvi iğtişaşlar başladı
    Bu gün, 16:15 | Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
    Bu gün, 16:11 | Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
    Bu gün, 16:06 | Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 16:00 | Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
    Bu gün, 15:52 | Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
    Bu gün, 15:48 | Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
    Bu gün, 14:55 | Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
    Bu gün, 14:51 | Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
    Bu gün, 14:46 | "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
    Bu gün, 14:40 | Prezident sərəncam imzaladı
    Bu gün, 14:15 | İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
    Bu gün, 14:10 | Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
    Bu gün, 13:59 | Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
    Bu gün, 13:43 | Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 10:13 | Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
    Bu gün, 09:04 | Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
    Bu gün, 01:32 | Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
    Bu gün, 01:00 | "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Bayrağı Günüdür
    Dünən, 20:36 | Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
    Dünən, 20:22 | İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
    Dünən, 20:13 | Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
    Dünən, 19:59 | Zəfər Günü İzmirdə də qeyd edildi
    Dünən, 19:56 | Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
    Dünən, 19:54 | Onlar Ermənistanın düşmənidir - Rubinyan
    Dünən, 19:50 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    Dünən, 19:48 | Fransanın orada olacağı şübhəsizdir - Barro
    Dünən, 19:46 | Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
    Dünən, 16:34 | "Ağstafa Gəncləri" “Şəmkir” səfərindən üç xalla qayıdır
    Dünən, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    Dünən, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    Dünən, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    Dünən, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    Dünən, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    Dünən, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    Dünən, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Dünən, 10:33 | Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
    Dünən, 10:31 | Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
    Dünən, 00:03 | Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    7-11-2026, 23:40 | Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
    7-11-2026, 23:36 | Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
    7-11-2026, 23:34 | Ronaldonun Messiyə jestləri cavabsız qaldı
    7-11-2026, 23:31 | Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
    7-11-2026, 22:40 | 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
    7-11-2026, 21:06 | “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
    7-11-2026, 21:05 | "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    7-11-2026, 21:02 | Prezidentdən Qarabağa səfərlə bağlı - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.