Qanlı partizan müharibəsi QAPIDA - ABŞ strateji mövqeləri 2 günə ələ keçirə bilər
Kanada ordusu ABŞ-ın mümkün hərbi müdaxiləsi halında partizan müharibəsi aparmağa hazırlaşır. Mediaxeberleri.Az xəbər berir ki, bu barədə mənbələrə istinadls "Globe and Mail" qəzeti məlumat yayıb. Kanadalı hərbçilər hesab edirlər ki, ABŞ ordusu hücuma cənubdan başlasa, quru və dənizdəki strateji mövqeləri bir həftə ərzində, hətta iki günə ələ keçirə bilər. Kanada Silahlı Qüvvələrinin komandanlığı etiraf edir ki, ABŞ müdaxiləsinin qarşısını almaq üçün kifayət qədər canlı qüvvə və silah-sursata malik deyil. Bu səbəbdən hərbçilər Əfqanıstanda mücahidlərin istifadə etdiyi taktikalara bənzər üsyançı mübarizə üsullarına əl atmalı olacaqlar. Xüsusilə pilotsuz uçuş aparatlarından istifadə etməklə diversiyalar və pusquların təşkili planlaşdırılır. Yanvarın 18-də ABŞ-ın "NBC News" telekanalı mənbələrə istinadən yazıb ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Arktikadakı rəqibləri qarşısında Kanadanın həssaslığından getdikcə daha tez-tez köməkçilərinə şikayət edir.Publika.az Hüseyn İbadlı





















