Bu rayonda nə başçı var, nə müavin - FOTO
Bakının Nəsimi rayonunda icra hakimiyyətinin başçısı və başçının müavini vəzifələri vakantdır. Mediaxeberleri.Az xəbər verir ki, ötən il noyabrın 12-də prezident İlham Əliyevin Sərəncamı ilə Nəsimi rayon icra hakimiyyətinin başçısı təyin edilən Elxan İbrahimov 47 gün sonra - 2025-ci il dekabrın 29-da tutduğu vəzifədən azad olunub. Fotoda: Elxan İbrahimov Qeyd edək ki, icra başçısının müavini Ramiz Quliyev isə bu sərəncamdan iki gün əvvəl postu ilə vidalaşıb. O, Elxan İbrahimovun ötən il dekabrın 27-də imzaladığı müvafiq əmrlə işdən çıxarılıb. Fotoda: Ramiz Quliyev Mətbuatda sabiq icra başçısı Elxan İbrahimovun rayon ərazisində fəaliyyət göstərən iş adamlarından külli miqdarda rüşvət tələb etdiyi üçün postundan uzaqlaşdırıldığına dair iddialar yer alıb. (Metbuat.az)























