İranla gərginlik fonunda İsrailə yeni "F-35"lər gətirildi
İsraildəki Nevatim aviabazasına üç ədəd yeni "F-35" qırıcı təyyarəsi eniş edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Azad İran" İsrail ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb. ABŞ müdafiə korporasiyası "Lockheed Martin" tərəfindən istehsal edilən təyyarələr İsrail Hərbi Hava Qüvvələrinin müxtəlif eskadrilyaları tərəfindən qəbul edilib. "İsrail Yaxın Şərqdə sabitliyin möhkəmləndirilməsinə sadiq qalaraq ABŞ ilə təhlükəsizlik tərəfdaşlığına böyük əhəmiyyət verir", - deyə ordudan bildirilib.
Oxunub: 36
Xəbəri paylaş
Paylaş:





















