Tiflis “Tramp yolu”na görə hərəkətə keçdi: Bu il bitirir!
Gürcüstan hökuməti Orta Dəhliz layihəsinin bir hissəsi olaraq, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən yolların tikintisini 2026-cı ilə qədər tam başa çatdırmaq niyyətindədir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Gürcüstan Onlayn” (Georgia Online) məlumat yayıb. Bildirilib ki, hökumətin 2026-cı il büdcəsində göstərilən planlarına əsasən, Ermənistan və Azərbaycan sərhədlərinə aparan Rustavi-Qırmızı Körpü və Algeti-Sadaxlı hissələrinin tam başa çatdırılması və Türkiyə ilə sərhədə aparan Batumi-Sarpi yolunun inşası planlaşdırılır. Qeyd edək ki, Zəngəzur dəhlizinin (“Tramp yolu”) tikintisinə də bu il başlanacağı gözlənilir.
Oxunub: 50
Xəbəri paylaş
Paylaş:





















