Yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Yanvarın 18-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Dağlıq və dağətəyi rayonlarda qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 40, Sarıbaşda (Qax) 27, Qubada 16, Kişçayda (Şəki) 15, Kəlbəcər və Qusarda 11, Şamaxıda 10, Laçın və Qubadlıda 9, Xızı və Şahdağda 8, Şuşada 5, Qobustanda 3, Qəbələ, Ceyrançöl, Gədəbəy, Xankəndi və Tovuzda 2, Gəncə, Şəmkir və Şabranda 1 sm-dir. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11, Sabirabadda 6, Kürdəmirdə 4, Lerik və Ağdamda 3, Zərdab, Yevlax, Neftçala, Xaçmaz, Xaltan, Mingəçevir, Biləsuvarda 2, Göyçay, Cəlilabad, İmişli, Beyləqan, Tərtər, Naftalan, İsmayıllı, Bərdə, Balakən, Xocalı, Füzuli, Cəbrayıl, Yardımlı, Goranboyda 1 mm-dir. Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəmkir, Qobustan, Zaqatala, Quba, Xaltan, Qusar, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, aran rayonlarında 2 dərəcəyədək isti, Naxçıvan MR-də 11, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb.





















